Microsoft Lumia 550 - Microsoft hesabı yaradılmasının üstünlükləri

background image

Microsoft hesabı yaradılmasının üstünlükləri
Microsoft hesabı kompüter və ya telefonunuzdan vahid istifadəçi adı və parolu ilə Microsoft

xidmətlərinə daxil ola bilərsiniz. Eyni istifadəçi adı və parolundan Xbox-da da istifadə edə

bilərsiniz.

Telefonunuzu göz qabağına gətirin və Microsoft hesabı ilə bütün Microsoft xidmətlərinə

qoşulun. Microsoft hesabı ilə siz, məsələn așağıdakıları edə bilərsiniz:
• Mağaza-dan proqramları quraşdırın və məzmunu endirin
• OneDrive istifadə etməklə şəkillər və sənədləri yükləyin, saxlayın və paylaşın
• OneDrive-da əlaqələr və digər materialların ehtiyat nüsxəsini çıxarın
• Groove və Filmlər və TV istifadə edin
• Xbox oyunları oynayın
• Avatar və oyun nailiyyətlərinizi telefonunuzda baxın və telefonda oyun oynadıqda onları

artırın

• İtmiş telefonunuzu Telefonumu Tap ilə izləyin və kilidləyin
• Skype-dan istifadə edərək zənglər edin və ya söhbətləşin
Microsoft hesabı və xidmətləri haqqında ətraflı öyrənmək üçün www.microsoft.com/en-us/

account/wizard.aspx ünvanına daxil olun.