Microsoft Lumia 550 - OneDrive bulud yaddaşı

background image

OneDrive bulud yaddaşı

Fayllarınızı buludlarda saxlayın. Sevimli və ya yeni proqramlarınız üçün yaddaşı boşaltmaq

haqqında narahat olmaya bilərsiniz.

OneDrive bütün sənədləriniz, fotolar və musiqiniz üçün bulud yaddaşıdır, belə ki, lazım olarsa,

onlara daxil ola, paylaşa və ya bərpa edə bilərsiniz. Siz həmçinin materiallarınızın avtomatik

ehtiyat nüsxəsini çıxarmaq üçün OneDrive təyin edə bilərsiniz, belə ki, foto və ya video

yazdığınız zaman bu, bulud albomunuza köçürülür.
OneDrive ilə siz fotolarınıza, sənədlər, musiqi və daha çox şeyə telefonunuz, planşetiniz və ya

kompüterinizdən daxil ola bilərsiniz. Proqramdan asılı olaraq siz həmçinin sənəd üzərində

işləməyə qaldığınız yerdən davam edə bilərsiniz.
OneDrive-da sənədlərinizi saxlamaq üçün bir neçə yer mövcuddur. Fotoları OneDrive Şəkillər

proqramında saxlaya, sənədlərinizi Office proqramlarında idarə edə və ya musiqi fayllarınızı

Groove Musiqi proqramında ifa edə bilərsiniz.